Ukrayna Prezidenti Volodimir Zelenskinin təyyarəsinin Moldovadan havaya qalxarkən pilotsuz uçuş aparatı ilə toqquşma təhlükəsi yaşadığı bildirilib.
Bu barədə Norveçin Baş naziri Yonas Qar Störe NRK telekanalına danışıb. Onun sözlərinə görə, təyyarə Zelenskini Norveç kralı V Haraldın dəfn mərasimində iştirak etmək üçün Osloya aparırdı.
“Onun təyyarəsi Moldovadan havaya qalxarkən dron tərəfindən az qala vurulurdu”, – Störe bildirib.
Hadisə ilə bağlı Ukrayna və Moldova tərəfi hələlik rəsmi açıqlama yaymayıb. Buna görə insidentin detalları və dronun mənşəyi barədə məlumat yoxdur.

