Berlin şəhərində İranın keçmiş şahı Məhəmməd Rza Pəhləvinin oğlu Rza Pəhləviyə tomat sousu atılıb.
Hadisə zamanı sous Pəhləvinin kürəyinə və boynunun arxasına dəyib. Şübhəli şəxs yerindəcə saxlanılıb.

Rza Pəhləvi daha sonra avtomobilinə minərək ərazidən uzaqlaşıb.

Hücumdan sonra təhlükəsizlik tədbirləri gücləndirilib.
Məlumata görə, insidentdən sonra Berlin-də izdihama müraciət edən Pəhləvinin şüşə qoruyucu konstruksiya içərisindən çıxış etməsi diqqət çəkib.

Hadisənin, Pəhləvinin son dövrlərdə ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatlarına verdiyi dəstəyə görə yaranan narazılıq fonunda baş verdiyi ehtimal olunur. Avropadakı İran diasporasında da bu mövqeyə qarşı tənqidlər artmışdı.

