ABŞ Prezidenti Donald Tramp Yaxın Şərqdə tarixi razılaşmanın əldə olunduğunu açıqlayıb.
O, sosial şəbəkə hesabında bildirib ki, Sülh Şurası HƏMAS-ın və Qəzza sektorundakı digər bütün silahlı qruplaşmaların tam tərksilah edilməsi barədə razılığa gəlib.
Tramp bu razılaşmanı davamlı sülhün və regional təhlükəsizliyin təmin olunması istiqamətində mühüm addım adlandırıb.
Razılaşmanın necə həyata keçiriləcəyi və nəzarət mexanizmləri ilə bağlı hələlik konkret məlumat açıqlanmayıb.

