İranla Oman arasında Hörmüz boğazında gəmiçiliyə dair əldə edilən razılaşmalar Tehranla Vaşinqton arasında münasibətlərin dalana dirəndiyi bir vaxtda siyasi manevr imkanları yarada bilər.
Çin Beynəlxalq Araşdırmalar İnstitutunun elmi əməkdaşı Li Tszısin Çin Mərkəzi Televiziyasının efirində bildirib ki, müvəqqəti tədbirlərin həyata keçirilməsi tərəflər arasında gələcək siyasi təmaslar üçün yeni kanallar aça bilər.
Ekspertin sözlərinə görə, bu cür addımların əsas əhəmiyyəti ABŞ ilə İran arasındakı qarşıdurma və yaranmış dalan fonunda tərəflərə hərəkət sahəsi verməsidir.
O qeyd edib ki, müvəqqəti razılaşmalar sonradan daha geniş siyasi dialoqa keçid üçün zəmin yarada bilər.

