Hörmüz boğazından keçən gəmilər üçün nəzərdə tutulan xidmət haqqının məbləği İran və Omanın göstərəcəyi xidmətlərin həcmindən asılı olacaq.
Fars agentliyi İran Xarici İşlər Nazirliyindəki mənbəyə istinadən xəbər verir ki, iki ölkə arasında yükün dəyərinin 3 və ya 7 faizi həcmində mümkün tariflə bağlı fikir ayrılığı olduğu barədə məlumatlar həqiqəti əks etdirmir.
Mənbənin sözlərinə görə, gəmilərdən alınacaq ödənişlər bir sıra amillər, o cümlədən təqdim ediləcək xidmətlərin həcmi nəzərə alınmaqla müəyyənləşdiriləcək.

