Gəlirlərini düzgün bəyan etməməkdə və qanunsuz varlanmaqda şübhəli bilinən Ukraynanın ABŞ-dakı keçmiş səfiri və sabiq ədliyyə naziri Olqa Stefanişina 6 milyon qrivna məbləğində girovu ödəməyib. İndi onun barəsində seçilmiş qətimkan tədbiri həbslə əvəz edilə bilər.
Ukraynanın “Obşestvennoye” telekanalının məlumatına görə, Ali Antikorrupsiya Məhkəməsi qanunsuz varlanma işi çərçivəsində Stefanişinanın 11 avqustadək 6 milyon qrivna girov ödəməsi barədə qərar qəbul etmişdi.
“Ukraynanın ABŞ-dakı keçmiş səfiri Olqa Stefanişina Ali Antikorrupsiya Məhkəməsinin qanunsuz varlanma işi üzrə qərarına əsasən, 11 avqustadək 6 milyon qrivna məbləğində girovu ödəməyib”, – telekanalın saytında dərc olunan məlumatda bildirilib.

