Blue Origin şirkətinin Floridada keçirilən New Glenn ağır raketinin sınaqları partlayışla nəticələnib.
Bu barədə ABŞ telekanalı CBS News məlumat yayıb. Telekanalın məlumatına görə, raket birbaşa start meydançasında partlayıb.
Hadisə ilə bağlı Blue Origin şirkəti açıqlama verib. Şirkətdən bildirilib ki, raketin sınağı zamanı “ştatdankənar vəziyyət” yaranıb.
Hadisə nəticəsində xəsarət alanlar barədə məlumat verilməyib.

