ABŞ-də bir kişi 24 saat ərzində iki dəfə İsa Məsihi gördüyünü iddia edib. Hadisələrin əvvəlcə cərrahiyyə əməliyyatı zamanı, daha sonra isə pnevmoniya səbəbindən reanimasiyada olarkən baş verdiyi bildirilir.
Dangerous Minds nəşrinin məlumatına görə, Tennessi ştatından olan tikinti şirkətinin 54 yaşlı meneceri Mayk MakKinsi appendisit səbəbindən xəstəxanaya yerləşdirilib.
MakKinsinin sözlərinə görə, ilk hadisə əməliyyata hazırlanarkən baş verib. O, “Sağa baxdım və İsa əməliyyat otağının qapısından içəri daxil oldu”, – deyə bildirib.
Əməliyyat zamanı MakKinsinin ürəyi dayanıb və 45 dəqiqə ərzində reanimasiya tədbirləri aparılıb. Kişi həmin vaxt İsa Məsihlə üz-üzə görüşdüyünü və onun özünə cənnəti göstərdiyini iddia edib. Onun təsvirinə görə, burada ideal şəkildə biçilmiş ot örtüyü və nəhəng günbəzşəkilli şəhər olub.
MakKinsi gördüyü İsa Məsihin adətən təsvir edilən obrazdan fərqləndiyini də söyləyib. Onun sözlərinə görə, İsanın dərisi daha tünd, saqqalı qısa və tünd şabalıdı, saçları dalğalı, gözləri isə tünd yaşıl-mavi rəngdə olub.
Kişinin iddiasına görə, İsa Məsih ikinci dəfə xəstəxana palatasında, tibb bacıları yüksək hərarətini aşağı salmaq üçün onun üzərinə buzlu örtüklər qoyarkən görünüb.
MakKinsi İsa Məsihin ona tam sağalacağını və onun səltənəti üçün daha çox iş görməli olduğunu söylədiyini iddia edib. Onun sözlərinə görə, söhbət üç saatdan çox davam edib və bundan sonra vəziyyəti yaxşılaşmağa başlayıb.

