Naxçıvan Muxtar Respublikası Baş Gömrük İdarəsinin əməkdaşları Azərbaycandan tranzit keçirməklə külli miqdarda psixotrop maddənin qaçaqmalçılığının qarşısını alıblar.
Dövlət Gömrük Komitəsinin məlumatına görə, “Culfa” gömrük postunda İrandan Türkiyəyə Azərbaycan ərazisindən tranzit keçməklə dondurulmuş bitum yükü daşıyan nəqliyyat vasitəsinə baxış keçirilib.
Yoxlama zamanı gömrük nəzarətindən gizlədilmiş, kərpic formasında qablaşdırılmış 53 bağlamada ümumilikdə 45 kiloqram 201,395 qram metamfetamin aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.


