ABŞ Hərbi Hava Qüvvələrinin zərbə qrupuna məxsus vurulan AH-64 Apache helikopteri İranda quru əməliyyatının başlanmasına səbəb olmayacaq. Bunu NEWS.ru-ya ehtiyatda olan polkovnik, hərbi ekspert Anatoli Matviyçuk bildirib.
Onun sözlərinə görə, amerikalılar piyada qoşunları və desant qüvvələri arasında ciddi itkilərdən ehtiyat etdikləri üçün belə bir addıma getməyəcəklər.
Matviyçuk deyib:
Amerikalılar İranda quru əməliyyatı keçirməyə hazır deyillər. Bu, İran adalarına çıxarılma zamanı dəniz piyadaları və desantçıların verə biləcəyi çoxsaylı itkilərlə bağlıdır. Buna görə də onlar eskalasiyaya və vurulan AH-64 Apache helikopterinə baxmayaraq, belə bir addım atmayacaqlar. İran həqiqətən də ona hücum edildiyi halda cavab zərbələri endirir. O, həm İsrailə, həm də ABŞ-a hücum edib. Lakin dünən gec saatlarda Donald Tramp ABŞ prezidenti kimi İranla qarşıdurmanın dayandırıldığını və hər şeyi diplomatik yolla tam həll etməyə çalışacağını bildirdi.
Ekspert ehtimal edib ki, Tramp həqiqətən də İranla müharibəyə son qoya bilər. Polkovnikin fikrincə, tərəflər hətta kiçikmiqyaslı zərbələri də dayandıra bilərlər.

