Çin dollar milyarderlərinin sayına görə yenidən dünyada birinci olub.
Bu barədə Hurun Global Rich List 2026 hesabatında bildirilib.
Məlumata görə, Çində hazırda 1110 dollar milyarderi yaşayır, bu isə ABŞ-dan 110 nəfər çoxdur.
Reytinqdə üçüncü yeri Hindistan tutur. Bu ölkədə 308 milyarder yaşayır.
Rusiya isə 105 milyarderlə siyahıda yeddinci yerdə qərarlaşıb.

