Hindistanın Ehtiyat Bankı xaricdə saxlanılan qızıl ehtiyatlarının ölkəyə qaytarılması prosesini sürətləndirib.
Bu barədə The Times of India məlumat yayıb.
Nəşrin məlumatına görə, Hindistanın xaricdəki qızıl ehtiyatlarının böyük hissəsi ABŞ və Böyük Britaniyada saxlanılırdı.
Bildirilir ki, qızılın repatriasiya prosesi mərhələli şəkildə həyata keçirilir.

