ABŞ-nin Corciya ştatından demokrat senator Rafael Uornok Rusiyaya qarşı əlavə məhdudiyyətlərin tətbiqini nəzərdə tutan qanun layihəsinin sürətləndirilmiş qaydada müzakirəyə çıxarılmasını dayandırdığını bildirib.
ABŞ mediasının məlumatına görə, senator sanksiyaların özünə qarşı olmadığını, lakin layihənin prezidentə bir çox ölkəyə qarşı əlavə gömrük rüsumları tətbiq etmək üçün geniş səlahiyyətlər verə biləcəyindən narahat olduğunu deyib.
Uornok bildirib ki, Ukraynaya dəstək hazırkı prezidentə yeni səlahiyyətlər vermək demək deyil:
“Ukraynanı dəstəkləmək, ağlını itirmiş hazırkı prezidentə tariflər tətbiq etməsi və bütün malların qiymətini artırması üçün əlavə səlahiyyət vermək demək deyil”.

