Dağıstanda kişi anasından qisas almaq məqsədilə 5 yaşlı qızı qaçırmaqda ittiham olunur.
“112” Telegram kanalının məlumatına görə, şübhəli qızın atasının dostu olub. Ata işləmək üçün başqa yerə getdikdən sonra kişi onun 44 yaşlı həyat yoldaşına yaxınlaşmağa çalışıb.
Qadından rədd cavabı aldıqdan sonra onun qızını qaçırdığı və meşəyə apardığı bildirilir.
Məlumata görə, kişi uşağı gecə boyu meşədə saxlayıb və bıçaqla hədələyib.
Saxlanılma zamanı şübhəlinin polisə müqavimət göstərdiyi və uşağı öldürməklə hədələdiyi də qeyd olunur.
Onun barəsində adam oğurluğu və qətlə cəhd maddələri üzrə cinayət işi başlanıb.
Hazırda 5 yaşlı qızla psixoloq işləyir.

