Saç üçün botoks proseduru keçəlləşmə və kontakt dermatitə səbəb ola bilər. Bu barədə trixoloq-dermatoloq Natalya Jovtan NEWS.ru-ya açıqlamasında xəbərdarlıq edib.
Onun sözlərinə görə, bu tip kosmetoloji prosedurlar saç və baş dərisinin sağlamlığını real olaraq yaxşılaşdırmır, yalnız kosmetik effekt — saçın üst qatını “yapışdırmaq” təsiri yaradır.
“Bu, laminasiya kimi işləyir: saç daha sərt görünür, amma daxilinə nəm keçmir. Bir neçə prosedurdan sonra saçlar kövrəkləşir və daha çox qırılır.”
Mütəxəssis qeyd edib ki, tərkibində yüksək miqdarda keratin və kollagen olan bu vasitələr saç köklərinə tətbiq edildikdə follikulların ağızlarını tıxaya və saç tökülməsinə səbəb ola bilər.
Bundan əlavə, benzalkonium xlorid və aqressiv səthi aktiv maddələr kontakt dermatit və hətta ikincili seboreya yarada bilər.
Ən böyük təhlükə isə, ekspertin sözlərinə görə, tez-tez bu cür məhsullarda rast gəlinən formaldehid buxarlarıdır.
Yüksək konsentrasiyada bu maddə göz yaşarması, öskürək, bronx spazmları və baş ağrılarına səbəb ola bilər.
Trixoloq vurğulayıb ki, bu tərkiblərin davamlı istifadəsi zamanı leykemiya və burun-udlaq xərçəngi riskinin artması da istisna edilmir.

