Neyrobioloq Ramzes Alkayid bildirib ki, müasir həyat ritmi beynin işləmə prinsipini dəyişir və buna uyğunlaşmaq üçün onu düzgün “idarə etmək” lazımdır.
Onun sözlərinə görə, qısa xəbərlər, sosial media paylaşımları və videoların davamlı izlənməsi beyini sürətli dopamin axınına öyrədir və nəticədə diqqəti cəmləmək çətinləşir.
“Zamanla bu, diqqətin inanılmaz dərəcədə zəifləməsinə səbəb olur.”
Alkayid bu vəziyyəti düzəltmək üçün sadə, amma effektiv üsul təklif edir:
səhəri fiziki aktivliklə başlamaq və ardından sağlam səhər yeməyi qəbul etmək.

Onun sözlərinə görə:
- güc məşqləri və ya sürətli gəzinti
- zülal ilə zəngin səhər yeməyi
beynin qərarvermə və diqqətə cavabdeh hissəsini daha yaxşı oksigenlə təmin edir.
Bu rejim həm də hormonal balansı stabilləşdirir və diqqəti daha sabit edir.
Ekspert vurğulayır ki, səhərdən düzgün qurulan gündəlik ritm beyin, hormonlar və bədənin sinxron işləməsinə kömək edir və nəticədə diqqət dağınıqlığı azalır.

