Yaş saçları hamam dəsmalı ilə qurutmaq saçlara ciddi zərər verə və hətta keçəlləşməyə səbəb ola bilər.
Bu barədə dermatoloq-məsləhətçi Ofeliya Veraytç və Unilever şirkətinin elmi-tədqiqat mərkəzinin saç üzrə mütəxəssisi Leon Van-Qorkom açıqlama veriblər.
Mütəxəssislərin sözlərini The Sun yayıb.

Onların sözlərinə görə, saçın dəsmalla qurulanması keratin hüceyrələrini zədələyir və nəticədə saçlar quru, zəif və kövrək olur.
Mütəxəssislər duşdan sonra başı sərt şəkildə dəsmalla ovuşdurmamağı tövsiyə edirlər.
Onlar bildirirlər ki, mikrofiber dəsmallar nəmi daha yaxşı çəkdiyi üçün saç üçün daha təhlükəsiz hesab olunur.

