Biologiya elmləri doktoru İvan Şamrov xəbərdarlıq edib ki, mənzildə yasəmənlərin olması, , xüsusən də yer kiçikdirsə, baş ağrısına səbəb ola bilər.
O, “Podmoskovye Segodnya” internet nəşrinə açıqlamasında bildirib ki, yasəmən spazm yarada bilən maddələr ifraz edir.

Şamrov deyib:
Yasəmən spazm yaradan maddələr ifraz edir. Allergik reaksiyalar da mümkündür. Buna görə də baş ağrısı yarana bilər, xüsusilə buket kiçik otaqda saxlanılırsa və qoxu çox kəskindirsə. Şəxsən mən yasəməni evə gətirmirəm.
Bioloqun sözlərinə görə, güclü qoxulu digər çiçəklər də oxşar təsir göstərə bilər. O, belə bitkiləri evə gətirməməyi tövsiyə edib.


