Şokoladdan həddindən artıq istifadə ürək-damar xəstəlikləri, piylənmə və şəkərli diabet riskini artıra bilər.
Həkim Yelena Kostkina “Podmoskovye seqodnya” nəşrinə açıqlamasında bildirib ki, rasionda daimi şəkər artıqlığı xroniki iltihabın inkişafına, şokoladın tərkibindəki doymuş yağlar isə “pis” xolesterinin yüksəlməsinə səbəb ola bilər.

Bu isə ateroskleroz, infarkt və insult ehtimalını artırır.
Mütəxəssisin sözlərinə görə, içlikli şokolad batonları üçün sağlam insanlarda nisbətən təhlükəsiz miqdar təxminən həftədə bir dəfə bir kiçik baton hesab edilə bilər.
Belə məhsulların hər gün yeyilməsi rasionda şəkər və doymuş yağların miqdarını ciddi şəkildə artırır.

Hipertoniya, ürəyin işemik xəstəliyi, piylənmə, diabet və lipid mübadiləsi pozğunluğu olan şəxslərin şokoladdan istifadəyə daha ehtiyatla yanaşması tövsiyə olunur.

Şirin yemək istədikdə isə həkim kakao faizi yüksək olan keyfiyyətli tünd şokoladdan az miqdarda və əsas yeməkdən sonra istifadə etməyi məsləhət görür.

