Xroniki hepatit hər zaman alkoqol istifadəsi nəticəsində yaranmır. Xəstəliyə viruslar, şəkərli diabet, bəzi dərmanların və bioloji aktiv əlavələrin nəzarətsiz qəbulu da səbəb ola bilər.
Tatarıstan Səhiyyə Nazirliyinin baş qastroenteroloqu Alfiya Odintsova “Tatar-inform”a açıqlamasında bildirib ki, xroniki qaraciyər xəstəlikləri qaraciyər hüceyrələrinin iltihabı və nekrozu ilə müşayiət olunur, zamanla isə fibrozun inkişafına gətirib çıxarır.
Həkimin sözlərinə görə, pasiyentlər xroniki hepatit diaqnozu eşidəndə çox vaxt “mən içki içmirəm” deyirlər. Lakin alkoqol xəstəliyin inkişafında mühüm rol oynasa da, yeganə və əsas səbəb deyil.
Mütəxəssis qeyd edib ki, xəstəliyin uzun müddət davam etməsi sirroza səbəb ola bilər. O, həmçinin sirrozun bəzi hallarda müalicə və həyat tərzi dəyişiklikləri ilə geriləyə biləcəyini vurğulayıb.

