2010-cu illərdə populyar olan baskalı geyimlər 2026-cı ildə yenidən dəbə qayıdıb. Bu barədə “The Sun” yazıb.
Baska bel hissəsinə tikilən geniş volan elementidir və paltar, ətək, kofta və ya pencəklərdə istifadə olunur. Bu detal əvvəllər qadın fiqurunu daha incə göstərməsi və bəzi qüsurları gizlətməsi ilə məşhurlaşmışdı.
Nəşrin yazdığına görə, bir müddət dəbdən düşən baska indi yenidən podiumlara qayıdıb. Buna nümunə kimi “Dior” moda evinin Parisdə təqdim etdiyi payız-qış kolleksiyası göstərilir.
Baskalı geyimlərdə son vaxtlar Kral III Çarlzın oğlu Şahzadə Uilyamın həyat yoldaşı Keyt Middlton, Teylor Svift və Enn Heteuey də görüntülənib.





