Mabel Matiz adı ilə tanınan müğənni Fatih Karaca “Ha Leylim” mahnısı və klipi ilə bağlı aparılan “ədəbsizlik” istintaqı çərçivəsində ifadə verib.
Karaca ifadəsində mahnısının bir sənət əsəri olduğunu vurğulayıb və əsərlərini izah etməyə məcbur edilməsini haqsız hesab etdiyini bildirib.
“Mahnım bir sənət əsəridir. Əsərlərimi izah etməyə məcbur edilməyimin haqsızlıq olduğunu düşünürəm”, – Mabel Matiz deyib.
İstintaq “Ha Leylim” mahnısı və klipinin məzmunu ilə bağlı aparılır.


