Azərbaycan komandası ABŞ-nin Anahaym şəhərində keçirilən Microsoft Office Specialist (MOS) World Championship beynəlxalq müsabiqəsinin finalında uğurlu nəticə göstərib.
Gənclər və İdman Nazirliyinin məlumatına görə, 42 ölkədən 300-dən çox iştirakçının qatıldığı yarışda Hüseyn Şükürov 6-cı, Nəzrin Miriyeva isə 9-cu yeri tutub.
MOS World Championship müxtəlif ölkələrdən olan şagird və tələbələrin “Microsoft Office” proqramlarından istifadə bacarıqlarının qiymətləndirildiyi beynəlxalq müsabiqədir.

