İtaliyanın Parma vilayətində Manani-Rokka fondunun özəl muzeyi qarət edilib. Bu barədə yerli Rai qəzeti məlumat yayıb.
Məlumata görə, oğrular Renuar, Sezan və Matisse kimi məşhur rəssamların milyonlarla avro dəyərində əsərlərini ələ keçirib.
Bildirilir ki, cinayətkarlar cəmi üç dəqiqə ərzində qapını sındıraraq muzeyə daxil olub və daha çox əsər götürməyi planlaşdırsa da, siqnalizasiya onların planını yarımçıq qoyub.
Oğurlanan rəsmlər villanın yuxarı mərtəbəsində yerləşən fransız rəssamlığı zalında saxlanılırdı.
Hadisədə maskalı bir neçə nəfərin iştirak etdiyi və onların hadisə yerindən qaçdığı qeyd olunur.

