Avropa Komissiyası mesajlaşma tətbiqi Signal-da olan qrupunu mümkün sızma təhlükəsinə görə silib. Bu barədə Politico mənbələrə istinadən xəbər verir.
Məlumata görə, hakerlər yüksək vəzifəli Avropa rəsmilərinin ünsiyyət qurduğu bu qrupa giriş əldə etmiş ola bilər.
Qrupda Komissiyanın departament rəhbərləri və onların müavinləri məlumat mübadiləsi aparırdı. Bu vəzifələr Avropa iyerarxiyasında təxminən Aİ ölkələrinin milli hökumətlərində nazir müavinləri səviyyəsinə uyğun gəlir.
Qərar son həftələrdə Avropa Komissiyasının resurslarına qarşı həyata keçirilən bir sıra kiberhücumlar fonunda qəbul edilib.
Bildirilib ki, hələ COVID-19 pandemiyasından əvvəl Komissiya təhlükəsizlik səbəbindən Signal tətbiqinə keçidi tövsiyə etmişdi.
Hazırda rəsmilərin bundan sonra hansı messencerdə ünsiyyət quracağı məlum deyil.

