Konqo Demokratik Respublikasında Ebola virusuna yoluxanların sayı 3 532 nəfərə, ölənlərin sayı isə 1 556-ya çatıb.
Reuters-in ölkə hökumətinin məlumatlarına istinadən yazdığına görə, bu, tarixdə qeydə alınan ikinci ən böyük Ebola epidemiyasıdır. Yoluxmaların böyük hissəsi İturi əyalətində aşkarlanıb.
Hazırkı epidemiya virusun nadir Bundibugyo növü ilə bağlıdır. Bu ştamma qarşı hələlik təsdiqlənmiş xüsusi peyvənd və müalicə yoxdur.
Ümumdünya Səhiyyə Təşkilatı daha əvvəl yoluxmaların sürətlə artdığını, real rəqəmlərin zəif epidemioloji nəzarət səbəbindən rəsmi statistikadan daha yüksək ola biləcəyini bildirmişdi.
Ən böyük Ebola epidemiyası isə 2014–2016-cı illərdə Qərbi Afrikada baş verib. Həmin dövrdə 28,6 min yoluxma və 11,3 min ölüm qeydə alınıb.

