Serb Respublikasının hakim Müstəqil Sosial Demokratlar İttifaqının sədri Milorad Dodik Bosniya serbləri ordusunun keçmiş komandanı Ratko Mladiçin Haaqada həbsdə ölməsini “qəsdən törədilmiş qətl” adlandırıb.
Informer telekanalının məlumatına görə, Dodik Mladiçin səhhətinin ağır olduğunun əvvəlcədən məlum olduğunu və buna baxmayaraq lazımi addımların atılmadığını iddia edib.
“Bu, həqiqətən qətldir. Çünki hər şey onun səhhətinin pis olduğunu göstərirdi və bu, faciəli sonluğa gətirib çıxarmalı olan əvvəlcədən planlaşdırılmış addım idi”, – Dodik bildirib.
Qeyd edək ki, bunlar Dodik tərəfindən irəli sürülən ittihamlardır. Mladiçin ölümünün qəsdən törədildiyini təsdiqləyən nəticə açıqlanmayıb.
Ratko Mladiç 2017-ci ildən Haaqada ömürlük həbs cəzası çəkirdi. Keçmiş Yuqoslaviya üzrə Beynəlxalq Tribunal onu soyqırım, müharibə cinayətləri və insanlığa qarşı cinayətlərdə təqsirli bilmişdi.
Denmedia.az

