Braziliyada 9 yaşlı Eduarda Barbosa idarəolunmaz gülüş tutması səbəbilə xəstəxanaya yerləşdirilib. Bu barədə “Terra” məlumat yayıb.
Qız anası Alinne ilə qab yuyarkən qəfildən gülməyə başlayıb. Əvvəlcə ana bunun adi zarafat olduğunu düşünüb. Lakin Eduarda gülüşünü dayandıra bilməyib.
Anası qızın göz bəbəklərinin böyüdüyünü də müşahidə edib. Xəstəxanada həkimlər onda gelastik tutmadan şübhələniblər.
Həkimlər bildiriblər ki, tutma yalnız bir dəfə baş verdiyi üçün hələlik qıza epilepsiya diaqnozu qoyulmayıb. Bununla belə, onun nevroloq tərəfindən ətraflı müayinədən keçməsi planlaşdırılır.

