Arıqlamağa nail olan insanlar fiqurunu dəyişmək istəyənlər üçün ən təsirli vərdişləri bölüşüblər. Bu tövsiyələr Reddit forumunun AskReddit bölməsində paylaşılıb.
Bir çox istifadəçi gün ərzində yediklərini qeyd etməyi — yəni qidalanma gündəliyi aparmağı məsləhət görüb.
“Kaloriyanı obsesiv şəkildə saymaq lazım deyil, sadəcə nə yediyini yaz. Gecəyarı bir paket çips yediyini qeyd etmək məni bu vərdişdən uzaqlaşdırdı.”
Digərləri isə ən vacib addımlardan birinin yüksək kalorili içkilərdən imtina etmək olduğunu bildirib.

“Latte əvəzinə şəkərsiz buzlu qəhvəyə keçdim. O əlavə 200 kalori sadəcə məni geri salırdı.”
Başqa istifadəçilər isə düzgün gündəlik rejimin vacibliyini vurğulayıb. Onların sözlərinə görə, yuxusuzluq nəzarətsiz yeməyə səbəb olur və bu da arıqlama prosesini çətinləşdirir.
“Əslində arıqlamaq çətin deyil. Çətin olan düzgün qida seçimini davamlı etməkdir. Mən kifayət qədər yatanda impulsiv qərarlar daha az verirəm.”

