Bal bəzi insanlarda ağır allergik reaksiyaya və anafilaktik şoka səbəb ola bilər.
Perm Politexnik Universitetinin professoru, tibb elmləri doktoru Nina Vişnevskaya RT-yə açıqlamasında bildirib ki, analizlər və şəxsin tibbi tarixçəsi olmadan reaksiyanın məhz hansı maddədən qaynaqlandığını dəqiq müəyyən etmək çətindir.

Mütəxəssisin sözlərinə görə, allergiyaya balın özü, onun tərkib hissələri, çiçək tozu və ya propolis səbəb ola bilər. Orqanizm zərərsiz məhsulu səhvən təhlükə kimi qəbul etdikdə güclü immun reaksiyası yaranır.

Bu vəziyyət qırtlaqda şişkinlik və qan təzyiqinin kəskin enməsi kimi ağır fəsadlara qədər gedib çıxa bilər.

