Bu gün Bakının Səbail və Xəzər rayonlarının bəzi ərazilərində qaz təchizatı müvəqqəti məhdudlaşdırılacaq.
SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyindən verilən məlumata görə, məhdudiyyətlər təmir işləri ilə əlaqədardır.
Saat 09:00-dan işlər başa çatanadək Səbail rayonunun M. Hüseyn, Nizami, Mərdanov qardaşları, B. Sərdarov və M. Rostropoviç küçələrində, həmçinin Azadlıq prospektinin bəzi hissələrində qaz təchizatında qısamüddətli fasilələr gözlənilir.
Məhdudiyyətlər Xəzər rayonunun Binə və Qala qəsəbələrini də əhatə edəcək.

