Amerikalı supermodel Bella Hadidin yeni sevgilisinin Koloradodan olan layihə meneceri Natan Leysi olduğu bildirilir.
Bu barədə Daily Mail məlumat yayıb.
Nəşrin mənbəsinin sözlərinə görə, cütlük arasında münasibət olsa da, hələlik ciddi əlaqədən və ya evlilik planından söhbət getmir.
“O, sadəcə yanında vaxt keçirə biləcəyi birini axtarır. Evlənməyə çalışmır və münasibətə olduğundan artıq məna vermək istəmir”, — mənbə bildirib.
Məlumata görə, 38 yaşlı Natan Leysinin ailəsi tikinti şirkətinə sahibdir. O, gənc yaşlarından ailə şirkətində çalışır.
Bundan başqa, Leysinin ailəsinin yaşadığı bölgədə mühafizəkar və dini baxışları ilə tanındığı qeyd olunur.
Bella Hadid və Natan Leysi münasibətləri barədə hələlik rəsmi açıqlama verməyiblər.

