Kaan Yıldırım həyat yoldaşı Pınar Deniz və oğulları Fikret Hakanla keçirdiyi ailə anlarından yeni paylaşım edib.
Aktyor dəniz kənarında oğlu ilə vaxt keçirdiyi səmimi kadrları sosial şəbəkə hesabında izləyiciləri ilə bölüşüb.
Ata-oğulun fotoları qısa zamanda maraqla qarşılanıb. Pınar Deniz də həyat yoldaşının paylaşımına ağ ürək emojisi ilə reaksiya verib.
Pınar Deniz və Kaan Yıldırım 2024-cü ildə Romada keçirilən sadə mərasimlə ailə qurublar. Şəxsi həyatlarını mümkün qədər diqqət mərkəzindən uzaqda saxlamağa üstünlük verən cütlük zaman-zaman ailə fotolarını sosial mediada paylaşır.
Onların oğlu Fikret Hakan 1 aprel 2025-ci ildə dünyaya gəlib. Pınar Deniz oğlunun bir yaşında etdiyi paylaşımda böyüməsinin nə qədər sürətli keçdiyini vurğulayaraq duyğularını bölüşmüşdü.






