“Tuzlu Kahve” serialının aktyor heyəti Türkiyə mediasında indidən böyük maraq doğurub. Nebahat Çehre, Eda Ece, Buğra Gülsoy, Binnur Kaya, Şevval Sam, Yasemin Ergene, Sarp Apak və Ceren Moray kimi tanınmış simaların bir araya gəldiyi layihə güclü heyətinə görə “Çempionlar Liqası”na bənzədilib.

Serialın prodüseri Polat Yağcı isə tamaşaçıların ən çox maraq göstərdiyi məsələlərdən birinə – bu qədər məşhur aktyorun qonorarlarının necə ödənildiyinə münasibət bildirib.

Onun sözlərinə görə, layihənin maliyyə planlaması əvvəlcədən aparılıb və aktyor heyətinin yüksək qonorarları istehsal büdcəsində nəzərə alınıb. Yağcı serialın güclü aktyor heyətinin layihənin əsas üstünlüklərindən biri olduğunu vurğulayıb.

