Ucar rayonunun mərkəzi bazarının qarşısında qanunsuz küçə ticarəti həm bazarda fəaliyyət göstərən satıcıların, həm də ətraf ərazidə yaşayan sakinlərin narazılığına səbəb olub.
Sürücülər isə bildirirlər ki, yol kənarında qurulan piştaxtalar nəqliyyatın hərəkətini çətinləşdirir və ərazidə tıxac yaranmasına səbəb olur.
Bazarda çalışan satıcıların sözlərinə görə, rəsmi qaydada vergi və digər ödənişləri etdikləri halda, küçədə satış həyata keçirən şəxslər onlara haqsız rəqabət yaradır.
Ətrafda yaşayan sakinlər isə səkilərin zəbt olunduğunu, piyadaların hərəkətinin məhdudlaşdığını bildirirlər. Yolun kənarında qurulan satış yerləri avtomobillərin hərəkətini çətinləşdirir, xüsusilə pik saatlarda nəqliyyat sıxlığına səbəb olur.
Mövcud vəziyyətlə bağlı əməkdaşlarımız Ucar Rayon İcra Hakimiyyəti ilə əlaqə saxlayıb.
İcra Hakimiyyətindən DenazTV-yə bildirilib ki, bazar ətrafında və rayonun digər küçə və prospektlərində küçə ticarətinə nəzarət onların səlahiyyətində deyil.
Belə olan halda əsas sual yaranır: Ucarda küçə ticarətinə kim nəzarət edir və piyadaların, eləcə də bazar daxilində qanuni fəaliyyət göstərən sahibkarların hüquqları necə qorunur?
Sakinlər və bazar satıcıları aidiyyəti qurumlardan məsələyə nəzarətin gücləndirilməsini və küçə alverinin qarşısının alınmasını xahiş edirlər.
Əlibala Əsgərov
Denmedia.az

