Oslo Universitetinin professoru Yanne Haaland Matlary Venesuela müxalifətinin lideri Mariya Korina Maçadonun Nobel Sülh Mükafatını ABŞ prezidenti Donald Trampa təqdim etməsini kəskin tənqid edib. Bu barədə Bloomberg agentliyi məlumat yayıb.
Professor mükafatın təqdim olunmasını mənasız və alçaldıcı addım kimi qiymətləndirib.
“Bu, tamamilə eşidilməmiş bir haldır,” — deyə o bildirib.
Oxşar mövqe ilə Oslo şəhərinin Leyborist Partiyasından olan sabiq meri Raymond Yohansen də çıxış edib. O, vəziyyəti utancverici adlandıraraq, bu cür addımların dünyanın ən nüfuzlu beynəlxalq mükafatlarından birinin reputasiyasına ciddi zərər vurduğunu qeyd edib.

