"Ağ Evin bal zalının altında altı mərtəbə dərinliyində bunker inşa olunur".
Bunu ABŞ Prezidenti Donald Tramp bildirib.
Onun sözlərinə görə, obyektin tərkibində hospital, bombalardan qorunmaq üçün sığınacaqlar və hərbçilər üçün xüsusi bölmələr olacaq. Bu barədə Reuters məlumat yayıb.
Tramp bildirib ki, bal zalının damı da hərbi məqsədlər üçün layihələndirilib və dron hücumlarına davamlıdır.
Bal zalının bütün damı hərbi məqsədlər üçün tikilib. O, pilotsuz uçuş aparatlarına qarşı böyük dayanıqlığa malikdir. Dam təkcə dron zərbələrindən qorunmur, əgər dron ona çırpılsa, heç bir zərər vurmadan geri sıçrayacaq, — deyə ABŞ Prezidenti bildirib.

