Fransanın Le Parisien nəşri yazır ki, 2025-ci ildə Parisdəki Luvr muzeyinin qarət olunması ilə bağlı istintaqda hüquq-mühafizə orqanları “Belçika izi”ni araşdırır.
Məlumata görə, bu versiya Belçikanın zərgərlik sektorunda güclü mövqeyə malik olması ilə izah olunur.
Qarətdə şübhəli bilinən şəxslərin telefonlarında Luvr muzeyinin və Apollon qalereyasının fotoları aşkarlanıb. Məhz həmin qalereyada 2025-ci il oktyabrın 19-da qarət edilən zinət əşyalarının saxlandığı vitrinlər yerləşirdi. Həmin zinət əşyalarının axtarışı hələ də davam edir.
Qeyd edək ki, Luvr 19 oktyabr 2025-ci ildə qarət olunub, şübhəlilər isə ayın sonunda saxlanılıblar. Qarətdən sonrakı ilk həftələrdə oğurlanan 9 zinət əşyasından yalnız birini geri qaytarmaq mümkün olub.
2026-cı il fevralın 24-də Fransa Prezidenti Emmanuel Makron Luvrun direktoru Lorans de Karın istefa ərizəsini qəbul edib.

