Venesuela prezidentinin səlahiyyətli nümayəndəsi Delsi Rodriqes zəlzələdən sonra ölkənin bərpası üçün xüsusi fond yaradılacağını bildirib.
Bu barədə onun sözlərini VTV telekanalı yayıb.
Rodriqesin sözlərinə görə, fonda Beynəlxalq Valyuta Fondunun 200 milyon dollar həcmində vəsaiti cəlb olunacaq.
O qeyd edib ki, ilkin fondun vəsaitləri zəlzələ nəticəsində zərər görmüş infrastrukturun bərpasına yönəldiləcək.

