ABŞ və İran İslamabad Memorandumu çərçivəsində tətbiq olunan 60 günlük atəşkəs rejiminin uzadılması barədə razılığa gəliblər.
“Anadolu” agentliyinə Pakistan hökumətindəki mənbələrin verdiyi məlumata görə, hazırkı razılaşmanın müddəti 17 avqustda başa çatır.
Mənbələrin bildirdiyinə görə, Vaşinqton və Tehran vasitəçilərə atəşkəs rejiminin uzadılmasına razı olduqlarını artıq çatdırıblar.
Danışıqların gedişi ilə tanış olan mənbə bildirib ki, hər iki tərəf razılaşmanın uzadılmasını qəbul etdiyini vasitəçilərə bildirib.
Hazırda tərəflər vasitəçilər üzərindən mesaj mübadiləsi apararaq razılaşmanın konkret olaraq hansı müddətə uzadılacağını müəyyənləşdirməyə çalışırlar.

