İtaliyada 13 yaşlı Mattia 9 il komada qaldıqdan sonra həyatını itirib.
Faciəyə pasterizə olunmamış süddən hazırlanan və bağırsaq çöpü — Escherichia coli ilə çirklənmiş pendir parçası səbəb olub.
Uşağın atası Covanni Battista Maestri oğlunun vəfatını açıqlayaraq belə deyib:
“Bizim Mattia bizi tərk etdi. Onun adından, gedişini daha az ağrılı etdiyiniz üçün sizə təşəkkür edirəm.”
Məlumata görə, bakteriya uşaqda ağır sindroma səbəb olub. Nəticədə beyin zədələnməsi, korluq və iflic yaranıb.
Mattia 4 yaşında komaya düşüb və sonrakı 9 il ərzində bir daha ayılmayıb.
Atası bütün bu illər ərzində təhlükəli süd məhsulunu istehsal edənlərin məsuliyyətə cəlb olunması üçün mübarizə aparıb və sonda Ali Məhkəmədə buna nail olub.
O, indi fond yaradıb və toplanan vəsaiti oxşar vəziyyətdə olan digər uşaqlara yardım göstərməyə yönəltmək niyyətindədir.

