Türkiyənin Side bölgəsində 11 yaşlı qız çiynindən yaralanıb. İlkin ehtimala görə, yaralanmaya qonşu otelin ərazisindən gələn güllə səbəb ola bilər.
“Baza” Telegram kanalının məlumatına görə, uşaq otelin bağından keçərək çimərliyə gedərkən qəfil çiynində kəskin ağrı hiss edib.
Qızın anasının sözlərinə görə, otel əməkdaşları uşağa qonşu oteldə yerləşən atıcılıq tirindən gələn güllənin dəymiş ola biləcəyini ehtimal ediblər.
11 yaşlı qız xəstəxanaya çatdırılıb. Müayinə zamanı onun çiynində sıyrıq və hematoma aşkarlanıb.
Hadisənin dəqiq səbəbi barədə hələlik rəsmi məlumat verilməyib.

