Suriyanın şimalında yerləşən Hələb şəhərinin kənarındakı Əl-İs bölgəsində güclü partlayışlar baş verib.
Bu barədə Suriyanın Al-Ikhbariya telekanalı məlumat yayıb.
Mülki Müdafiə Xidmətinin rəhbəri Feysəl Məhəmməd Əlinin sözlərinə görə, ərazidə yerləşən hərbi anbarda sursatlar partlayıb.
İlkin məlumata əsasən, hadisə nəticəsində ölən və yaralananlar var.
Xilasedicilər və təcili tibbi yardım briqadaları yaralılara kömək göstərmək üçün hələlik hadisə yerinə çata bilmirlər.

