ABŞ-da sevgilisinin qətlində əri ilə birlikdə iştirak etməkdə ittiham olunan 32 yaşlı Misti Qomez Meksikada saxlanılıb.
People nəşrinin məlumatına görə, 37 yaşlı Ceffri Bernardi 2025-ci il dekabrın 18-də Kaliforniyanın Klovis şəhərində ağır şəkildə döyülüb və iki gün sonra xəstəxanada həyatını itirib.
Hadisədən sonra Qomez zərərçəkənin anasına qara geyimli naməlum şəxsin hücum etdiyini deyib. Daha sonra xəstəxanada yaralı Bernardinin yanında olarkən “cinayətkarın tapılmasının vacib olduğunu” bildirib.
Lakin yanvar ayında istintaq hücumun əvvəlcədən planlaşdırıldığını müəyyən edib. Araşdırma zamanı Qomezin 40 yaşlı Antonio Qarsiya ilə evli olduğu və hər ikisinin qətldə iştirak edə biləcəyi ehtimalı ortaya çıxıb.
Bundan sonra ər-arvad ABŞ-dan qaçıblar. Onlar avqustun 19-da Meksikada saxlanılıb və ABŞ-a ekstradisiya olunublar.
Polis onların hadisə ilə əlaqəsini təsdiqləyən sübutlar, o cümlədən ər-arvad arasındakı yazışmaları əldə etdiyini bildirib.
Cinayətin motivi hələlik açıqlanmayıb. Bernardinin anasının sözlərinə görə, oğlu Qomezin evli olduğunu bilməyib və onunla evlənməyi planlaşdırıb.
Qadının əvvəlki nikahından olan iki qızı Meksika hakimiyyətinin himayəsinə verilib.
Denmedia.az

