ABŞ-nin Luiziana ştatında iki nəfəri güllələyərək ağır yaralamaqda şübhəli bilinən 25 yaşlı müəllim Kayl Deleni saxlanılıb.
Bu barədə “New York Post” məlumat yayıb.
Hadisə Donaldsonvill şəhərində baş verib. Polis bildirib ki, Deleni avtomobillə zərərçəkənlərin olduğu əraziyə gəlib və maşından düşərək onlara bir neçə dəfə atəş açıb.
Yaralılardan birinə bir neçə güllə dəyib. Şübhəlinin zərərçəkənlərlə əvvəldən tanış olub-olmadığı hələlik məlum deyil.
Qeyd edək ki, Deleni işlədiyi bölgədə “İlin ən yaxşı yeni müəllimi” mükafatına layiq görülüb.
Ona qarşı qətlə cəhd, silahdan qanunsuz istifadə və başqasının əmlakına qəsdən ziyan vurma ittihamları irəli sürülüb.

