Yuyunarkən kisədən istifadə dəri problemlərinə səbəb ola bilər. Bu barədə “Moskva 24”ə biokimyaçı, insan ömrünün və gəncliyin uzadılması üzrə mütəxəssis Aleksandr Xodos bildirib.
Onun sözlərinə görə, kisə dərinin üst buynuzlaşmış qatını təmizləyir. Halbuki bu qat dərini patogenlərdən və nəm itkisindən qoruyur.

Xodos qeyd edib ki, bunun nəticəsində dəridə səpkilər, irinli yaralar və qıcıqlanma yarana bilər. Bundan başqa, kisədən istifadə dərinin daha çox qurumasına səbəb ola bilər.

Biokimyaçı bildirib ki, sərt masaj fırçası kapilyarların fəaliyyətini yaxşılaşdıra bilər, lakin eyni zamanda dərini qoruyucu qatından məhrum edir. Onun sözlərinə görə, kisə seçərkən ən yumşaq və tez quruyan növlərə üstünlük vermək lazımdır.

