Piylənmə zamanı arıqlamaq üçün təkcə iradə gücü kifayət etmir.
Tibb elmləri doktoru, professor Svetlana Kanevskaya “Çempionat” nəşrinə açıqlamasında bildirib ki, piylənmə yalnız davranışla bağlı deyil, həm də bioloji amillərin rol oynadığı mürəkkəb xroniki xəstəlikdir.
Onun sözlərinə görə, piylənmədən əziyyət çəkən insanlarda hormonların fəaliyyəti dəyişə bilər. Bu isə yeməyə meyli artırır və çəki azaltma prosesini çətinləşdirir.

Mütəxəssis vurğulayıb ki, belə hallarda əsas mübarizə vasitəsi iradə deyil, elmi əsaslandırılmış müalicə və sistemli tibbi nəzarətdir.

