Yuxu çatışmazlığı çəki artımına yol aça bilər. Bu barədə “Zdorovye Mail”ə endokrinoloq-dietoloq Tatyana Denisova məlumat verib.
Həkimin sözlərinə görə, yuxunun keyfiyyəti maddələr mübadiləsinə birbaşa təsir edir. Sistemli şəkildə az yatdıqda orqanizmdə iştahanı tənzimləyən hormonların fəaliyyəti dəyişir.
Denisova bildirib ki, bu zaman toxluq hissinə cavabdeh olan leptin hormonunun səviyyəsi azalır, “aclıq hormonu” adlandırılan qrelinin səviyyəsi isə artır.
Endokrinoloq qeyd edib ki, 7 saatdan az yuxu piylənmə üçün risk faktorlarından biri sayılır. Onun sözlərinə görə, araşdırmalara əsasən, xroniki yuxusuzluq yaşayan insanlar gün ərzində orta hesabla 385 kilokalori artıq qəbul edir ki, bu da zamanla çəki artımına səbəb ola bilər.

