Yeməkdən dərhal sonra dişləri fırçalamaq hər zaman faydalı deyil və bəzi hallarda diş minasına zərər verə bilər.
Həkim-onkoloq Vladimir İvaşkov Telegram kanalında bildirib ki, sitrus meyvələri, şərab, qəhvə və qazlı içkilər qəbul edildikdən sonra ağız boşluğunda pH səviyyəsi 5,5-dən aşağı düşə bilər.
Onun sözlərinə görə, bu zaman diş minası müvəqqəti olaraq yumşalır və daha həssas vəziyyətə düşür.

Həkim xəbərdarlıq edib ki, yumşalmış mina üzərində diş fırçasının mexaniki sürtünməsi onun üst qatını zədələyə bilər.
İvaşkov belə hallarda dişləri dərhal fırçalamaq əvəzinə ağzı adi su ilə yaxalamağı tövsiyə edib.
O, həmçinin tüpürcək ifrazını artırmaq üçün şəkərsiz saqqız çeynəməyin faydalı ola biləcəyini bildirib.

