ABŞ-ın Texas ştatında iki naməlum şəxs benzin doldurma məntəqəsini qarət etməyə cəhd edib.
FOX 4 telekanalının məlumatına görə, cinayətkarlar birbaşa bankomatı oğurlamaq planı ilə hərəkət ediblər.
Hadisə zamanı şübhəlilərdən biri kəlbətinlə (kuvalda) giriş qapısını sındırıb, daha sonra bankomata dartma trosu bağlayıb. Onun şəriki isə oğurlanmış Chevrolet Tahoe markalı avtomobillə qəfil sürət yığaraq bankomatı vitrinlərlə birlikdə binadan qoparıb.
Lakin cinayət planı qaçış zamanı iflasa uğrayıb. Yüksək sürətlə hərəkət edən avtomobildən bankomat trosdan qoparaq magistral yolun ortasında qalıb. Cinayətkarlar isə avtomobili hadisə yerindən bir neçə küçə aralıda tərk edərək qaçıblar.
Polis tərəfindən tərk edilmiş avtomobilə baxış zamanı gözlənilməz tapıntı aşkarlanıb — baqajda dolu qumbaraatan tapılıb.
Hüquq-mühafizə orqanları bildirir ki, bu, son iki həftə ərzində üçüncü oxşar hadisədir və baş verənlər seriyalı quldur dəstəsinin fəaliyyətindən xəbər verir. Dağıntılara və ağır silaha baxmayaraq, insident zamanı xəsarət alan olmayıb. Hazırda Texas polisi avtomobildən əldə olunan sübutlar əsasında cinayətkarların izinə düşməyə çalışır.

